İdman
Lebron Ceyms Maykl Cordanı geridə qoydu
Lebron Ceyms Amerika Milli Basketbol Assosiasiyasında (NBA) rekorda imza atıb. Oxu.Az bu barədə NBA-nın sosial şəbəkə hesablarına istinadən xəbər verir. Bildirilir ki, 40 yaşlı basketbolçu "Los-Anceles Klippers" - "Los-Anceles Leykers" (88:103) matçında 36 xal toplayaraq qarşılaşmanın ən məhsuldar oyunçusu olub. "Leykers"in ulduz basketbolçusu bunun sayəsində 40 və daha yuxarı yaşda 35+ xalın toplandığı matçların sayına görə Maykl Cordanı geridə qoyaraq NBA rekordçusu olub. Qeyd edək ki, Cordan bu yaş kateqoriyasında cəmi üç oyunda 35-dən çox xal toplayıb. Ceymsdə belə oyunların sayı dörddür.
Mənbə
oxu.az