İdman

"Qarabağ" bu gün ilin son oyununa çıxır

21 Dec 2025, 10:18 1 baxış
"Qarabağ" bu gün ilin son oyununa çıxır

"Qarabağ" komandası cari ildə sonuncu oyununa bu gün çıxacaq.


Axar.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Misli Premyer Liqasının XVI turunda "Qəbələ"nin qonağı olacaq.


Qarşılaşma saat 15:00-da start götürəcək. Ağdam təmsilçisi 33 xalla ikinci, meydan sahibləri 8 xalla 11-ci pillədə qərarlaşıb.


Günün ikinci görüşündə "Araz-Naxçıvan" "Şamaxı" ilə üz-üzə gələcək. Bu oyun saat 17:30-da başlanacaq. Naxçıvan klubu 23 xalla beşinci, qonaqlar 20 xalla yeddinci sıradadır.

Mənbə axar.az

Oxşar Xəbərlər