İdman

Mbappe Ronaldunun rekordunu təkrarladı

21 Dec 2025, 10:00 1 baxış
Mbappe Ronaldunun rekordunu təkrarladı
Kilian Mbappe "Real Madrid"in heyətində təqvim ili ərzində vurulan qolların sayına görə Kriştianu Ronaldunun rekordunu təkrarlayıb. Oxu.Az bu barədə "Sovsport" nəşrinə istinadən xəbər verir. Fransalı fubolçu bu nailiyyətə İspaniya La Liqasının 17-ci turunda "Sevilya"nın (2:0) qapısına penaltidən qol vurmaqla imza atıb. Bu, onun 2025-ci ildə "Real Madrid"in heyətində 59-cu qoludur. Qeyd edək ki, Ronaldu 2013-cü ildə Madrid təmsilçisi ilə 59 dəfə fərqlənmişdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər