İdman
Misli Premyer Liqası: XVI turunun növbəti oyunları keçiriləcək
Bu gün Misli Premyer Liqasının XVI turunun növbəti oyunları keçiriləcək. Oxu.Az xəbər verir ki, günün açılış qarşılaşmasında "Qəbələ" "Qarabağ"ı qəbul edəcək. Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 15:00-da start götürəcək. Günün ikinci oyununda isə "Araz-Naxçıvan" klubu öz meydanında "Şamaxı" komandası ilə üz-üzə gələcək. "Liv Bona Dea Arena"da keçiriləcək matç saat 17:30-da başlayacaq. Qeyd edək ki, tura dekabrın 22-də yekun vurulacaq. Misli Premyer Liqası XVI tur 21 dekabr 15:00. "Qəbələ" - "Qarabağ" Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Cəmil Quliyev, Nicat İsmayıllı VAR: Rauf Cabarov AVAR: Elşad Abdullayev Hakim-inspektor: Anar Salmanov AFFA nümayəndəsi: Eldar Məmmədov Qəbələ şəhər stadionu. 17:30. "Araz-Naxçıvan" - "Şamaxı" Hakimlər: Fərid Hacıyev, Rahil Ramazanov, Eyyub İbrahimov, İnqilab Məmmədov VAR: Əliyar Ağayev AVAR: Kamranbəy Rəhimov Hakim-inspektor: Ömər Paşayev AFFA nümayəndəsi: Asif Əliyev "Liv Bona Dea Arena".
Mənbə
oxu.az