İdman
La Liqa: "Real Madrid"dən inamlı qələbə
İspaniya La Liqasının 17-ci turu çərçivəsində "Real Madrid" "Sevilya"nı qəbul edib. Oxu.Az xəbər verir ki, Santyaqo Bernabeuda azarkeşlər iki qol və iki qırmızı vərəqənin şahidi olublar. Qollara kral klubunun futbolçuları (Bellinqem 38, Mbappe 86-pen.) imza atıblar. Qırmızı vərəqələr isə qarşı tərəfə göstərilib (baş məşqçi Almeyda 45+5, müdafiəçi Markao 68). Beləliklə də, meydan sahibləri azlıqda qalan qonaqları 2:0 hesabı ilə üstələyiblər. Hazırda "Real" 42 xala malikdir və yarış cədvəlində ikinci pillədə qərar tutub. "Sevilya" isə 20 xalla 9-cudur.
Mənbə
oxu.az