İdman

"Milan"ın baş məşqçisi cəzalandırıldı

21 Dec 2025, 01:36 1 baxış
"Milan"ın baş məşqçisi cəzalandırıldı
"Milan"ın baş məşqçisi Massimiliano Alleqri İtaliya Superkubokunun yarımfinal matçında "Napoli" ilə oyundakı davranışına görə intizam komissiyası tərəfindən 10 000 avro cərimələnib. Oxu.Az xəbər verir ki, bu barədə "Football Italia" məlumat yayıb. "Napoli" ilə oyun zamanı Massimiliano Alleqri "Napoli" komandasının idman koordinatoru Qabriele Orialiyə qarşı dəfələrlə ədəbsiz ifadələr işlədərək onu təhqir edib. Məşqçinin təhqirləri televiziyada canlı yayımlanıb. Matçdan sonra "Napoli" Alleqrinin hərəkətlərini pisləyən bəyanat yayıb. Qeyd edək ki, matçda "Napoli" "Milan"ı 2:0 üstələyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər