İdman
"Qarabağ"ın rəqibi "Hamburq"la qarşılaşdı
Almaniya Bundesliqasının 15-ci turunda "Hamburq" öz meydanında "Ayntraxt"la qarşılaşıb.
Axar.az xəbər verir ki, görüşdə 1-1 hesablı bərabərlik qeydə alınıb.
Bu nəticədən sonra xallarını 25-ə çatdıran "Ayntraxt" turnir cədvəlinin 7-ci pilləsində yer alır. "Hamburq" isə 16 xalla 13-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, "Ayntraxt" Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibidir. Görüş Tofiq Bəhramov adına Respublika stadionunda yanvarın 21-də keçiriləcək.
Mənbə
axar.az