İdman
Türkiyə Superliqası: "Beşiktaş"a qələbə üçün bir qol kifayət etdi
Türkiyə Superliqasında 17-ci turun matçları oynanılır. Oxu.Az xəbər verir ki, "Beşiktaş" doğma azarkeşləri qarşısında "Çaykur Rizespor"u qəbul edib. Meydan sahiblərinə qələbə üçün bir qol kifayət edib. Raşitsa 64-cü dəqiqədə İstanbul klubunun qələbəsini təmin edən qola imza atıb - 1:0. Bu qələbədən sonra "qartallar" 29 xalla yarış cədvəlinin 5-ci pilləsində qərarlaşıblar. Rize təmsilçisi isə 18 xalla 11-cidir.
Mənbə
oxu.az