İdman

İngiltərə Premyer Liqası: "Liverpul" azlıqda qalan "Tottenhem"i məğlubiyyətə uğratdı

20 Dec 2025, 23:42 1 baxış
İngiltərə Premyer Liqası: "Liverpul" azlıqda qalan "Tottenhem"i məğlubiyyətə uğratdı
İngiltərə Premyer Liqasının 17-ci turunda "Tottenhem" son çempion "Liverpul"u qəbul edib. Oxu.Az xəbər verir ki, görüşdə mersisaydlılar 1:2 hesabı ilə qalib gəliblər. Qarşılaşmanın 33-cü dəqiqəsində meydan sahibləri azlıqda qalıblar. Say üstünlüyündən istifadə edən "Liverpul" rəqibi üstələyib. Bu oyundan sonra "Tottenhem" turnir cədvəlində 22 xalla 13-cü, Arne Slotun yetirmələri isə 29 xalla 5-ci yerdə qərarlaşıblar.
Mənbə oxu.az

Oxşar Xəbərlər