İdman
Türkiyə Superliqası: "Fənərbağça" liderliyə yüksəldi
Türkiyə Superliqasında 17-ci turun oyunları keçirilir. Oxu.Az xəbər verir ki, "Fənərbağça" Atatürk stadionunda autsayder "Eyüpsrop"un qonağı olub. "Sarı-lacivərdlər" meydan sahiblərinin qapısından üç cavabsız top keçiriblər - 0:3. Taliska (27), Asensio (34) və Duran (75) fərqləniblər. Bu qələbədən sonra "Fənər" əzəli rəqibi "Qalatasaray"la xallarını bərabərləşdirib və matç üstünlüyü ilə turnir cədvəlinin zirvəsinə yüksəlib. Hazırda hər iki komandanın aktivində 39 xal var, lakin "aslanlar" bir oyun az keçiriblər. Bununla yanaşı, "Fənərbağça" son 20 ildə ilk dəfə çempionatın yarısını məğlubiyyətsiz başa vurub. "Eyüpsrop"a gəlincə, klub 13 xalla 17-ci pillədə qərarlaşıb.
Mənbə
oxu.az