İdman
PSJ-dən onu 61 milyon avro xərcə salan Mbappeyə JEST
PSJ keçmiş hücumçusu Kilian Mbappeni 27 yaşı münasibətilə təbrik edib. Oxu.Az xəbər verir ki, təbrik mətni PSJ-nin mətbuat xidmətinin "X" sosial şəbəkə hesabında yerləşdirilib. "Kilian Mbappe 27 yaşını qeyd edir! Ad günün mübarək, Kilian!", - paylaşımda deyilir. Qeyd edək ki, dekabrın 16-da Paris Əmək Məhkəməsi ödənilməmiş əməkhaqqı və bonuslarla bağlı iddia üzrə PSJ-ni Mbappeyə 61 milyon avro ödəməyə məcbur etdi. Bundan əvvəl hücumçunun keçmiş klubundan 253 milyon avro, PSJ-nin isə ondan 440 milyon avro tələb etdiyi bildirilirdi. Xatırladaq ki, Mbappe 2017-2024-cü illərdə PSJ-də çıxış edib. Bu müddət ərzində, o, 308 matçda 256 qol vuraraq klub tarixində bütün zamanların ən yaxşı bombardiri olub.
Mənbə
oxu.az