İdman
Misli Premyer Liqası: "Karvan-Yevlax" "Neftçi"yə, "Zirə" "İmişli"yə qarşı
Bu gün Misli Premyer Liqasının XVI turunun növbəti oyunları keçiriləcək. Oxu.Az xəbər verir ki, günün açılış qarşılaşmasında "Karvan-Yevlax" "Neftçi"ni qəbul edəcək. Yevlax şəhər stadionunda keçiriləcək qarşılaşma saat 14:00-da start götürəcək. Günün ikinci oyununda isə "Zirə" klubu öz meydanında "İmişli" komandası ilə üz-üzə gələcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək matç saat 16:30-da başlayacaq. Qeyd edək ki, tura dekabrın 22-də yekun vurulacaq. Misli Premyer Liqası XVI tur 20 dekabr 14:00. "Karvan-Yevlax" - "Neftçi" Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev VAR: Elçin Məsiyev AVAR: Zöhrab Abbasov Hakim-inspektor: Feyzulla Feyzullayev AFFA nümayəndəsi: Anar Şixəliyev Yevlax şəhər stadionu 16:30. "Zirə" - "İmişli" Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Elvin Bayramov VAR: Rəvan Həmzəzadə AVAR: Teymur Teymurov Hakim-inspektor: Əmrah İbrahimov AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov Zirə İdman Kompleksinin stadionu
Mənbə
oxu.az