İdman
İtaliya Superkuboku: "Napoli"nin finaldakı rəqibi məlum oldu
İtaliya Superkubokunda ikinci finalçı bəlli olub. Oxu.Az xəbər verir ki, Ər-Riyadda keçirilən turnirin ikinci yarımfinalında "İnter" yarışın debütantı "Bolonya" ilə üz-üzə gəlib. Oyunun əsas vaxtı 1:1 hesablı heç-heçə ilə bitdiyindən, qalibi penaltilər seriyası müəyyənləşdirib. Burda daha dəqiq olan "Bolonya" (3:2) yarışın finalına vəsiqə qazanıb. Qeyd edək ki, İtaliya Superkuboku uğrunda mübarizəyə dörd komanda qoşulub: A Seriyasının hazırkı çempionu "Napoli", ikinci yeri tutan "İnter", İtaliya Kubokunun qalibi "Bolonya" və turnirin finalçısı "Milan". İlk yarımfinal matçında "Napoli" "Milan"ı 2-0 hesabı ilə məğlub edib. Həlledici görüş dekabrın 22-də "Bolonya" və "Napoli" arasında keçiriləcək. Xatırladaq ki, 2024-cü ildə "Milan" finalda "İnter"i 3-2 hesabı ilə məğlub edərək İtaliya Superkubokunu qazanıb.
Mənbə
oxu.az