İdman

Hindistan futbol klubu İranda oynamaqdan imtinaya görə sərt cəzalandırıldı

20 Dec 2025, 01:00 1 baxış
Hindistan futbol klubu İranda oynamaqdan imtinaya görə sərt cəzalandırıldı
Asiya Futbol Konfederasiyası (AFC) Hindistanın "Mohun Bagan Supergiant" futbol komandasını İranda oyun keçirməkdən imtina etdiyinə görə 100 min dollardan çox cərimələyib. Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, klub bir il müddətinə Asiya turnirlərində iştirak hüququndan məhrum edilib. "Mohun Bagan" sentyabr ayında AFC Çempionlar Liqasında İranın "Sepahan" futbol komandası ilə qarşılaşmalı idi. Lakin komanda İrana səfər etməkdən imtina edib. Klub rəsmiləri qərarı təhlükəsizlik zəmanətlərinin və tibbi sığortanın olmaması ilə əsaslandırıblar. Komandanın matçın neytral məkanda keçirilməsi ilə bağlı müraciəti qəbul edilməyib. AFC-nin İntizam Komitəsi klubun oyunu uduzmuş hesab edildiyini, bütün xallarının silindiyini və növbəti mövsüm yarışlara buraxılmayacağını açıqlayıb. Eyni zamanda, həmin cərimədən "Sepahan" komandasına 50 729 dollar təzminat ödəniləcəyi bildirilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər