İdman

İnternat məktəbinin şagirdləri Qurban Qurbanov "Qarabağ"ın futbolçuları ilə görüşüblər

19 Dec 2025, 19:00 2 baxış
İnternat məktəbinin şagirdləri Qurban Qurbanov "Qarabağ"ın futbolçuları ilə görüşüblər
Bakı şəhəri 5 nömrəli internat tipli xüsusi ümumtəhsil məktəbinin şagirdləri "Qarabağ" klubunun qonağı olublar. Oxu.Az klubun Mətbuat Xidmətinə istinadən xəbər verir ki, görüşdə "Qarabağ"ın baş direktoru Emrah Çelikel, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, klubun baş məşqçisi Qurban Qurbanov, komandanın üzvləri, həmçinin adıçəkilən məktəbin müəllimləri iştirak ediblər. Səmimi və xoş atmosferdə keçən görüş zamanı Qurban Qurbanov və futbolçular şagirdlərlə yaxından ünsiyyət qurub, onlarla xatirə şəkilləri çəkdiriblər.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər