İdman

"Qarabağ" klubunun üç zədəli futbolçusu barədə AÇIQLAMA

19 Dec 2025, 16:58 1 baxış
"Qarabağ" klubunun üç zədəli futbolçusu barədə AÇIQLAMA
"Qarabağ" klubunun zədəli oyunçularının vəziyyəti açıqlanıb. Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Ağdam təmsilçisinin qapıçısı Şahruddin Məhəmmədəliyev bud-çanaq oynağından əməliyyat olunub. Həkimlərin rəyinə əsasən, onun müalicə-bərpa müddəti dörd-altı ay təşkil edəcək. Hücumameyilli yarımmüdafiəçi Joni Montiel arxa bud əzələsinin gərilməsi səbəbindən müalicə olunur. Onun yaşıl meydanlara qayıdışı yeddi-on gün ərzində gözlənilir. Komandanın digər üzvü Kadi Borges isə bərpa prosesinin növbəti mərhələsi olaraq yanvar ayında fərdi məşqlərə başlayacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər