İdman

AFFA "Sabah" - "Qarabağ" matçı ilə bağlı cəzaları açıqlayıb

19 Dec 2025, 16:00 1 baxış
AFFA "Sabah" - "Qarabağ" matçı ilə bağlı cəzaları açıqlayıb
AFFA İntizam Komitəsi Misli Premyer Liqasının I turundan təxirə salınmış "Sabah" - "Qarabağ" matçı ilə bağlı cəzaları açıqlayıb. Oxu.Az xəbər verir ki, bu barədə komitənin iclasında qərarlar qəbul olunub. Oyun bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə "Sabah" klubu 2 500 manat cərimələnib. "Qarabağ" isə azarkeşlərinə görə cərimələnib. Belə ki, fanatları tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə Ağdam təmsilçisi 7 000 manat ziyana düşüb. Bununla yanaşı, oturacaqlar sındırıldığı, stadiona zərər vurulduğu üçün "Qarabağ" daha 3 000 manat ödəməli olacaq. Stadiona dəymiş ziyan son çempion tərəfindən qarşılanacaq. Ağdam klubuna, həmçinin oyuna təyin edilmiş vaxtdan gec gəldiyinə görə xəbərdarlıq edilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər