İdman
UEFA Konfrans Liqası: "Samsunspor" səfərdə uduzdu, "Şaxtyor" heç-heçə etdi
UEFA Konfrans Liqasının əsas mərhələsinin yekun - altıncı turu keçirilib. Oxu.Az xəbər verir ki, tur çərçivəsində 18 qarşılaşma baş tutub. Maraqla gözlənilən oyunlardan biri "Maynts" (Almaniya) və "Samsunspor" (Türkiyə) komandaları arasında baş tutub. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Samsunspor" pley-off mərhələsində mübarizəni davam etdirəcək. Digər diqqətçəkən görüş isə "Şaxtyor Donetsk" (Ukrayna) və "Riyeka" (Xorvatiya) komandaları arasında keçirilib. Arda Turanın yetirmələrinin bütün səylərinə baxmayaraq, matçdan qol səsi gəlməyib - 0:0. Bu hesabla Ukrayna təmsilçisi 1/8 final mərhələsinə adlayıb. "Şaxtyor"dan başqa, "Strasburq", "Rakuv", "AEK Afina", "Sparta" , "Rayo Valyekano", "Maynts" və "AEK Larnaka" komandaları da birbaşa 1/8 final mərhələsinə vəsiqə qazanıblar. Digər görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb: "Sparta Praqa" (Çexiya) - "Aberdin" (Şotlandiya) - 3:0; "AEK Afina" (Yunanıstan) - "Universitatya" (Rumıniya) - 3:2; "AEK Larnaka" (Kipr) - "Şkendiya" (Şimali Makedoniya) - 1:0; "AZ Alkmaar" (Niderland) - "Yagelloniya" (Polşa) - 0:0; "Kristal Pelas" (İngiltərə) - KuPS (Finlandiya) - 2:2; "Dinamo Kiyev" (Ukrayna) - "Noa" (Ermənistan) - 2:0; "Lozanna" (İsveçrə) - "Fiorentina" (İtaliya) - 1:0; "Zrinski" (Bosniya və Herseqovina) - "Rapid" (Avstriya) - 1:1; "Legiya" (Polşa) - "Linkoln Red İmps" (Cəbəllüttariq) - 4:1; "Selye" (Sloveniya) - "Şelburn" (İrlandiya) - 0:0; "Omoniya" (Kipr) - "Rakuv" (Polşa) - 0:1; "Strasburq" (Fransa) - "Breydablik" (İslandiya) - 3:1; "Rayo Valyekano" (İspaniya) - "Drita" (Kosovo) - 3:0; "Şemrok Rovers" (İrlandiya) - "Hamrun" (Malta) - 3:1; "Siqma Olomouts" (Çexiya) - "Lex" (Polşa) - 1:2; "Slovan Bratislava" (Slovakiya) - "Hekken" (İsveç) - 1:0.
Mənbə
oxu.az