İdman
İtaliya Superkuboku: "Napoli" ilk finalçı oldu
İtaliya Superkubokunun yarımfinal matçında "Napoli" və "Milan" komandaları üz-üzə gəliblər. Oxu.Az xəbər verir ki, Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərinin "Əl-Əvvəl Park" stadionunda keçirilmiş matç "Napoli"nin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə qolları 39-cu dəqiqədə David Neres və 64-cü dəqiqədə Rasmus Hoylund vurublar. Qələbə sayəsində "Napoli" Superkubokda ilk finalçı olub. Neapol təmsilçisi finalda "Bolonya" - "İnter" cütlüyünün qalibi ilə qarşılaşacaq.
Mənbə
oxu.az