Digər

ABŞ 29 gəmiyə sanksiya tətbiq etdi

18 Dec 2025, 23:10 1 baxış
ABŞ 29 gəmiyə sanksiya tətbiq etdi

ABŞ Maliyyə Departamenti İran məhsullarının daşınmasında iştirak etdiyi iddia olunan əlavə 29 gəmiyə və onları idarə edən şirkətlərə sanksiya tətbiq edib.


Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.


Bildirilib ki, sanksiyaya məruz qalan gəmilər və şirkətlər dələduzluq üsullarından istifadə edərək yüz milyonlarla dollar dəyərində məhsul daşıyıblar.


Bu məhdudiyyətlər çərçivəsində şirkətlərin ABŞ-da aktivlərə sahib olması, eləcə də ABŞ müəssisələri və ya fiziki şəxsləri ilə hər hansı kommersiya fəaliyyəti qadağan edilir.

Mənbə axar.az

Oxşar Xəbərlər