Digər
Ukrayna Moskvaya çata biləcək ballistik raket hazırlayır
Ukraynanın “Fire Point” şirkəti payızın sonuna qədər Moskvaya çata biləcək ballistik raket yaratmağı planlaşdırdığını təsdiqləyib.
Axar.az xəbər verir ki, bu barədə şirkətin CEO-su İrina Terex məlumat verib.
“Bizim planlaşdırılan tarixlərimiz var. Uzaqmənzilli ballistik raketi payızın sonunadək yaratmağı planlaşdırırıq. Biz Moskvaya çata biləcək bir platforma hazırlayırıq.
Hədəf kimi Moskvanın seçilib-seçilməyəcəyinə isə Ukrayna Silahlı Qüvvələri qərar verəcək. “Fire Point” silah istehsalçısı kimi heç vaxt hədəf seçmir. Amma mən çox istərdim ki, bu, Moskva olsun”, - o bildirib.
Mənbə
axar.az