İdman
Luka Modriç Xorvatiya millisinin tarixinə düşdü
Luka Modriç futbol üzrə Xorvatiya millisinin tarixində ən yaşlı qol müəllifi olub. Oxu.Az Sport24.ru-ya istinadən xəbər verir ki, bu əlamətdar hadisə Xorvatiya millisinin səfərdə Çexiya yığması ilə qarşılaşdığı matça (1:2) təsadüf edib. Xorvatiya millisinin qollarından birinin müəllifi komandanın yarımmüdafiəçisi və kapitanı Luka Modriç olub. Bu dəqiq zərbə yarımmüdafiəçi üçün yığmadakı karyerasında 30-cu qol olub. Bününla yanaşı, 41 yaş 17 günlüyündə fərqlənən Modriç Xorvatiya millisinin tarixində ən yaşlı qol müəllifi olub. Əvvəlki rekord da elə onun özünə məxsus idi - o, 2026-cı il iyunun 7-də Sloveniya seçməsinin qapısına yol tapmışdı.
Mənbə
oxu.az