Siyasət
YAP sədrinin müavini partiyanın qurultayından danışdı
Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov partiyanın keçiriləcək qurultayından danışıb. Oxu.Az xəbər verir ki, o, bu barədə Anım Günündə jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, YAP-ın keçirəcəyi qurultay növbədənkənar deyil, ənənəvi olaraq 5 ildən bir baş tutur: "Təbii ki, qurultayın gündəliyinə uyğun olaraq ilk növbədə 5 il ərzində partiyanın keçdiyi yola nəzər salınacaq. Həmçinin bəzi məsələlər müzakirə ediləcək. Nizamnamədən irəli gələn məsələlərə baxılacaq". Qeyd edək ki, YAP-ın 8 ci qurultayı oktyabrın 2-də keçiriləcək.
Mənbə
oxu.az