Digər

Şəhid atası: "Anaların gözləri yaşlı qalmasın deyə zabitlərimiz həmin gün əsgərlərini də qorudular"

27 Sep 2026, 12:12 3 baxış
Şəhid atası: "Anaların gözləri yaşlı qalmasın deyə zabitlərimiz həmin gün əsgərlərini də qorudular"
"Bizim şəhidlərimiz qanları, canları hesabına qəhrəmanlıqlarını Azərbaycan və dünya hərb tarixinə qızıl hərflərlə yazdılar". Bu sözləri Oxu.Az-a açıqlamasında şəhid kapitan Həmidağa Hüseynzadənin atası Bağı Hüseynzadə deyib. O deyib ki, igid oğullarımız, zabitlərimiz anaların gözləri yaşlı qalmasın deyə həmin gün əsgərlərini də qorudular: "Həmidağa 2016-cı ildə Aprel döyüşlərində də iştirak edib. Bir dəfə həmin döyüşlərdə şəhid olan əsgərlərindən birinin ailəsini ziyarətdən gəlirdi. Gördüm ki, gözləri dolub. Niyə ağladığını soruşanda dedi ki, şəhid anası övladını ondan istəyib ki, mən oğlunun komandiri olmuşam. Dedim ki, onun valideynlərinin övladını kimdənsə tələb etməyə haqqı var, ona görə səndən istəyir. Bəs sənə nəsə olsa, mən nə edim? Axı sən özün cavabdeh şəxssən. Ona görə də onlar çalışdılar ki, özləri şəhid olsun, amma əsgərləri yaşasın. Mən cənab prezident İlham Əliyevə təşəkkür edirəm ki, onun Ali Baş Komandanlığı, şəhidlərimizin, qazilərimizin şücaəti ilə torpaqlarımız işğaldan azad edildi".
Mənbə oxu.az

Oxşar Xəbərlər