Digər
ABŞ-da biznes-jet qəzaya uğradı: ölənlər var - Video
Şimali Karolina ştatında iki mühərrikli “Cessna 550” biznes-təyyarə qəzaya uğrayıb.
Axar.az xəbər verir ki, bu barədə “Foks Nyus” məlumat yayıb.
Bildirilib ki, təyyarə Ayrdell dairəsindəki hava limanından qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb. Təyyarə “GB Aviation Leasing” şirkətinə məxsus olub.
Qəzada ölənlər var, lakin onların sayı və şəxsiyyətləri hələlik açıqlanmayıb. Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) qəzanı araşdırır.
Mənbə
axar.az