İdman

"Sabah"ın baş məşqçisi: "Qarabağ"la oyundan sonra futbolçulara dedim ki, turnir cədvəlinə baxmasınlar"

18 Dec 2025, 22:36 1 baxış
"Sabah"ın baş məşqçisi: "Qarabağ"la oyundan sonra futbolçulara dedim ki, turnir cədvəlinə baxmasınlar"
"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas "Qarabağ"la oyundan sonra futbolçulara bildirib ki, turnir cədvəlindəki mövqeyə baxmasınlar. Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Bakı təmsilçisinin çalışdırıcısı Misli Premyer Liqasının I turundan təxirə salınmış "Qarabağ"la oyundan sonra mətbuat konfransında danışıb. Mütəxəssis qalib gəldikləri qarşılaşmanı şərh edib: "Əvvəlcə istərdim ki, öz futbolçularımı təbrik edim. Onlar bu gün inanılmaz performans sərgilədilər. Üstəlik, bu oyunu Avropada səs salan komandaya qarşı həyata keçirdilər. İnanıram ki, stadiona gələn azarkeşlər bu matçdan həzz aldılar". O, turnir cədvəlində birinci pilləyə yüksəlməkləri ilə bağlı danışıb: "İnanın, mən turnir cədvəlinə çox nadir hallarda baxıram. Paltardəyişmə otağında da futbolçularıma bildirdim ki, turnir cədvəlinə baxmasınlar. Qış fasiləsinə qədər hələ 1 oyun da var. Qarşılaşmalara ciddi hazırlaşırıq". Qeyd edək ki, "Sabah" - "Qarabağ" oyunu Bakı klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər