İdman

Premyer Liqa: "Sabah" "Qarabağ"a qalib gələrək liderliyi ələ keçirib

18 Dec 2025, 21:30 1 baxış
Premyer Liqa: "Sabah" "Qarabağ"a qalib gələrək liderliyi ələ keçirib
Misli Premyer Liqasının I turundan təxirə salınmış qarşılaşmada "Sabah" ölkə çempionu "Qarabağ"ı qəbul edib. Oxu.Az xəbər verir ki, "Bank Respublika Arena"da keçirilən oyun 2:1 hesabı ilə ev sahiblərinin qələbəsi ilə başa çatıb. Ağdam təmsilçisinin heyətində 9-cu dəqiqədə Leandro Andrade ilk qolun müəllifi olub. 52-ci dəqiqədə Coy Lens Mikels "bayquşlar"ın bərabərlik qolunu vurub, 88-ci dəqiqədə isə Aron Maluda komandaya qələbə qazandırıb. Qeyd edək ki, bu nəticə ilə "Sabah" 34 xalla turnir cədvəlində liderliyi əldə edib, 33 xala sahib olan "Qarabağ" isə ikinci yerdə qərarlaşıb. Misli Premyer Liqasında I turdan təxirə salınmış "Sabah" - "Qarabağ" bu gün keçiriləcək. Oxu.Az xəbər verir ki, matç "Bank Respublika Arena"da saat 19:30-da start götürəcək. Qarşılaşmanı FIFA referisi Elçin Məsiyev idarə edəcək. Ona Elşad Abdullayev, Pərvin Talıbov və Vüqar Həsənli kömək edəcəklər. Tural Qurbanov VAR-da, Asiman Əzizli isə AVAR-da təmsil olunacaqlar. Hakim-inspektor funksiyasını Vüsal Əliyev yerinə yetirəcək. AFFA nümayəndəsi isə Erkin Hüseynov olacaq. Qeyd edək ki, "Qarabağ" 33 xalla turnir cədvəlinə başçılıq edir. Onunla eyni sayda oyun (14) keçirmiş "Sabah" isə 31 xalla ikinci pillədə qərarlaşıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər