İdman

"Qarabağ"dan növbəti məğlubiyyət...

18 Dec 2025, 21:43 1 baxış
"Qarabağ"dan növbəti məğlubiyyət...

Misli Premyer Liqasında I turdan təxirə salınmış oyunda "Sabah" ölkə çempionu "Qarabağ"la qarşılaşıb.


Axar.az xəbər verir ki, "Bank Respublika Arena"da baş tutan oyun ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.


Ağdamlıların heyətində 9-cu dəqiqədə Leandro Andrade hesabı açıb. 52-ci dəqiqədə Coy Lens Mikels "bayquşlar"ın bərabərlik, 88-ci dəqiqədə Aron Maluda isə qələbə qolunu vurub.


Qeyd edək ki, "Sabah" 34 xalla turnir cədvəlində liderliyi ələ keçirib. 33 xala malik "Qarabağ" ikincidir.

Mənbə axar.az

Oxşar Xəbərlər