İdman

"Finalissima"nın dəqiq tarixi açıqlandı - RƏSMİ

18 Dec 2025, 19:20 1 baxış
"Finalissima"nın dəqiq tarixi açıqlandı - RƏSMİ
İspaniya və Argentina milli komandaları 2026-cı il martın 27-də "Finalissima" kuboku uğrunda mübarizə aparacaqlar. Oxu.Az bildirir ki, bu barədə məlumatı UEFA-nın Mətbuat Xidməti yayıb. Oyun Qətərin Doha şəhərindəki "Lusail" stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 22:00-da baş tutacaq. Qeyd edək ki, "Finalissima" Avropa və Amerika çempionlarının qarşılaşdığı oyundur. 2024-cü ildə Argentina milli komandası Amerika Kubokunda qələbə qazanıb. İspaniya yığması həmin il Avropa çempionu tituluna sahib çıxıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər