İdman

Niderland məhkəməsi məşhur futbolçu ilə bağlı qərar verib

18 Dec 2025, 17:54 1 baxış
Niderland məhkəməsi məşhur futbolçu ilə bağlı qərar verib
Amsterdam Apellyasiya Məhkəməsi məşhur futbolçu Kvinsi Promesin iddiasını rədd edib. Oxu.Az "De Telegraaf" nəşrinə istinadən xəbər verir ki, niderlandlı oyunçu məhkəməyə qədər həbs qətimkan tədbirinin ləğvi və ya dayandırılması ilə bağlı iddia qaldırmışdı. Məlumata görə, məhkəmə Promesi həbsdə saxlamaq üçün kifayət qədər tutarlı dəlillər göstərib. Futbolçu "idmana qayıtmaq və uşaqlarına baxmaq" ehtiyacını əsas gətirərək, vaxtından əvvəl azadlığa buraxılması üçün müraciət etmişdi. Bundan əvvəl məhkəmə Promesi iki işdə - qohumuna bıçaqla hücum etməkdə və narkotik qaçaqmalçılığında təqsirli bilib. Qeyd edək ki, Niderland yığmasının 33 yaşlı sabiq futbolçusu karyerası boyunca "Ayaks", "Sevilya", "Spartak Moskva" kimi tanınmış klublarda oynayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər