Digər
Peskov təkzib etdi: Ərdoğan bunu istəməyib!
Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aşqabadda S-400 sistemləri məsələsini müzakirə etməyiblər.
Axar.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
Xatırladaq ki, “Blumberq” Ərdoğanın ötən həftə rusiyalı həmkarı Vladimir Putinlə Türkmənistanda keçirilən görüşdə S-400 məsələsini də qaldırdığı barədə məlumat yaymışdı.
İddia edilib ki, Türkiyə F-35 döyüş təyyarələrini ala bilmək üçün Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemlərini geri qaytarmağa çalışır.
Mənbə
axar.az