Cəmiyyət

DSX-nin döyüş bayraqlarının təsviri dəyişdi - Foto

18 Dec 2025, 13:59 1 baxış
DSX-nin döyüş bayraqlarının təsviri dəyişdi - Foto

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri”ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.


Axar.az fərmanın mətnini təqdim edir:


Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 1983 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri”ndə aşağıdakı dəyişikliklər edilsin:


1. Aşağıdakı məzmunda 5.7-1-ci bənd əlavə edilsin:


“5.7-1. Çevik Hərəkət Qüvvələri hərbi hissəsinin döyüş bayrağında – “Dövlət Sərhəd Xidməti Çevik Hərəkət Qüvvələri 0000 (hərbi hissənin nömrəsi) saylı hərbi hissə”;”.


2. 8-1 nömrəli şəkil əlavə edilsin (əlavə olunub).

DSX-nin döyüş bayraqlarının təsviri dəyişdi - Foto
Mənbə axar.az

Oxşar Xəbərlər