Cəmiyyət

İlham Əliyev 2 fərman imzaladı

18 Dec 2025, 14:11 1 baxış
İlham Əliyev 2 fərman imzaladı

14:01


Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.


Axar.az fərmanın mətnini təqdim edir:


1. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 10, maddə 1794 (Cild I); 2024, № 5 (I kitab), maddələr 516, 529, № 6, maddə 550) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası”nın 8.1-ci bəndinə “il” sözündən sonra “martın 31-dək” sözləri əlavə olunsun və həmin bənddə “sessiyasının beşinci iclasında” sözləri “sessiyasında” sözü ilə əvəz edilsin.


2. Bu Fərman 2026-cı il yanvarın 1-dən qüvvəyə minir.


***


Prezident İlham Əliyev “Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.


Fərmanda deyilir:


1. “Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası” təsdiq edilsin (əlavə olunub).


2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:


2.1. üç ay müddətində aşağıdakıları müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:


2.1.1. su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin məbləğlərini;


2.1.2. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə fiziki və hüquqi şəxslər arasında su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə dair müqavilənin formasını;


2.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Mənbə axar.az

Oxşar Xəbərlər