Cəmiyyət

Rüstəm Nəcəfov: "2026-cı ilin qış mövsümündə "Şahdağ" Turizm Mərkəzində 22 tədbirin keçirilməsi gözlənilir"

18 Dec 2025, 12:40 1 baxış
Rüstəm Nəcəfov: "2026-cı ilin qış mövsümündə "Şahdağ" Turizm Mərkəzində 22 tədbirin keçirilməsi gözlənilir"
"2026-cı ilin qış mövsümündə "Şahdağ" Turizm Mərkəzində 22 tədbirin keçirilməsi gözlənilir". Oxu.Az xəbər verir ki, bunu "Şahdağ" Turizm Mərkəzi QSC-nin sədri Rüstəm Nəcəfov brifinqdə deyib.
Son iki ildə "Şahdağ"ın təkcə istirahət mərkəzi kimi deyil, eyni zamanda, yerli və beynəlxalq səviyyəli idman yarışlarının keçirildiyi nüfuzlu məkana çevrildiyini vurğulayan Rüstəm Nəcəfov kompleksdə müxtəlif beynəlxalq idman tədbirlərinin keçirilməsi üçün 500 nəfərlik FIS (Beynəlxalq Xizək və Snoubord Federasiyası) stadionunun inşa edildiyini, 2026-cı ilin qış mövsümündə "Şahdağ"ın dağ xizəyi üzrə Azərbaycan çempionatına, xizək alpinizmi üzrə Avropa çempionatına və Dünya Kubokuna, eləcə də "Mogul" üzrə Dünya Kubokunun final mərhələsinə ev sahibliyi edəcəyini diqqətə çatdırıb. Samir İsayev
Mənbə oxu.az

Oxşar Xəbərlər