Dünya

ABŞ Meksika kartelinə qarşı sanksiya tətbiq edib

18 Dec 2025, 12:44 1 baxış
ABŞ Meksika kartelinə qarşı sanksiya tətbiq edib
ABŞ Maliyyə Nazirliyi Meksikanın "Santa Rosa de Lima" kartelinə və onunla əlaqəli şəxslərə sanksiyalar tətbiq edib. Oxu.Az xəbər verir ki, bu barədə nazirliyin rəsmi açıqlamasında bildirilib. "Bu kartel enerji resurslarında sərhədyanı qara bazarın inkişafına kömək edir və ABŞ-nin neft və qaz şirkətlərinin fəaliyyətinə zərər vurur", - deyə nazirliyin açıqlamasında bildirilib. ABŞ-nin maliyyə naziri Skott Bessent bu istiqamətdə fəaliyyətlərini davam etdirəcəklərini söyləyib: "Belə kartellər haradan və necə pul qazanır və çirkli pulları yuyurlarsa, biz onları tapacaq və buna son qoyacağıq". Qeyd olunur ki, "Santa Rosa de Lima" 2014-cü ildə Meksikanın mərkəzindəki Quanaxuato bölgəsində təsis edilib. Cinayətkar qrup neft və müxtəlif növ yanacaqların, o cümlədən boru kəmərlərindən oğurlanması, narkotik və silah qaçaqmalçılığı və çirkli pulların yuyulması ilə məşğuldur.
Mənbə oxu.az

Oxşar Xəbərlər