Cəmiyyət

Sumqayıtda 14 şagird nədən zəhərlənib? - Rəsmi qurumlardan açıqlama

02 Oct 2026, 11:48 2 baxış
Sumqayıtda 14 şagird nədən zəhərlənib? - Rəsmi qurumlardan açıqlama
Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilib ki, zəhərlənmə hadisəsi dərhal məktəb rəhbərliyi tərəfindən nəzarətə götürülüb. Oxu.Az "Qafqazinfoya" istinadən xəbər verir ki, idarədən hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə araşdırma aparıldığı qeyd olunub: "Əldə etdiyimiz məlumata görə, şagirdlərdən biri tərəfindən evdən gətirilmiş qənnadı məmulatından sinif yoldaşlarının da istifadə etdiyi müəyyən olunub. Həmin qidadan istifadə etdikdən sonra məktəblilər özlərini pis hiss ediblər". Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) isə qeyd edilib ki, Sumqayıtda məktəbdə baş verən zəhərlənmə hadisəsi nəzarətdədir: "Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı AQTA tərəfindən araşdırma aparılır. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində Agentlik tərəfindən müvafiq tədbirlər görülür. Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək", - deyə məlumatda bildirilir. Əzizə İsmayılova Sumqayıtda 36 nömrəli tam orta məktəbdə şagirdlər arasında kütləvi zəhərlənmə olub. Oxu.Az "Report"a istinadla xəbər verir ki, ilkin məlumata görə, 14 şagird zəhərlənib. Qeyd edilib ki, hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb ediliblər. TƏBİB-dən bildirilib ki, saat 10:20 radələrində 11 oğlan, 3 qız zəhərlənmə şübhəsi ilə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub: "Zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir".
Mənbə oxu.az

Oxşar Xəbərlər