Dünya
Maduronun ələ keçirilməsi: Tramp qərardan öncə "Grok" çat-botu ilə məsləhətləşib
ABŞ Prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduronun ələ keçirilməsi planlarını İlon Maska məxsus "xAI" şirkətinin hazırladığı süni intellektə (Sİ) əsaslanan "Grok" çat-botu ilə müzakirə edib. Oxu.Az xəbər verir ki, bu barədə mənbələrə istinadən "Time" jurnalı məlumat yayıb. Nəşrin məlumatına görə, hadisə 2025-ci ilin dekabrında Oval kabinetdə Maskla qapalı görüşdən sonra baş verib. Jurnal yazır ki, ABŞ lideri bir neçə saat ərzində "Grok"a "öz prezidentliyi və irsi" barədə suallar verib. Daha sonra o, çat-botdan ABŞ-nin Maduronu ələ keçirəcəyi təqdirdə venesuelalıların buna necə reaksiya verəcəyini soruşub. Məlumata əsasən, "Grok" "Venesuela əhalisinin böyük ehtimalla buna sevinəcəyini" yazıb. Əməliyyat həyata keçirildikdən sonra Tramp "Grok"un "dahi bir ixtira" olduğunu bildirib. Qeyd edək ki, yanvarın 3-də ABŞ Venesuelada mülki və hərbi obyektlərə hücum edərək, ölkə prezidenti Nikolas Maduronu və həyat yoldaşı Siliya Floresi ələ keçirib və ölkədən çıxarıb.
Mənbə
oxu.az