Dünya

Cənubi Koreya prezidenti Ukraynanı hədələdi

02 Oct 2026, 10:28 1 baxış
Cənubi Koreya prezidenti Ukraynanı hədələdi
Cənubi Koreya prezidenti Li Çje Men Ukraynanı Şimali Koreyadan olan əsirlərlə bağlı vəziyyət barədə faktları qəbul etməyəcəyi və üzr istəməyəcəyi təqdirdə "əlavə tədbirlər" görməklə hədələyib. Oxu.Az xəbər verir ki, bu barədə dövlət başçısı "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib. O qeyd edib ki, əvvəlcə rəsmi Kiyev Şimali Koreya hərbçilərin verilməsi və göndərilməsi ilə bağlı məxfilik tələb etsə də, sonradan bu məlumatı birtərəfli qaydada açıqlayıb. Cənubi Koreya prezidenti buna son dərəcə nəzakətlə təəssüfləndiyini bildirdikdə isə, Ukrayna tərəfi "başqa bir dövlətin rəhbərini yalançı kimi qələmə verməyə" başlayıb. Li Çje Men əlavə edib ki, rəsmi Seul razılaşma faktının etiraf olunmasını və üzr istənilməsini tələb etdikdə, Ukrayna əksinə olaraq, Şimal və Cənub arasında guya yaxınlaşan hərbi toqquşmadan danışmağa başlayıb və əslində Koreya yarımadasında müharibənin başlamasını arzulayıb. "Əgər Ukrayna bundan sonra da faktları qəbul etməkdən və açıq şəkildə üzr istəməkdən boyun qaçırarsa, əlavə addımlar atılacaq. Bu, Koreya Respublikasının və onun vətəndaşlarının ləyaqət məsələsidir və biz buna göz yuma bilmərik", - deyə Li Çje Men vurğulayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər