İqtisadiyyat

Bakı Limanına ən çox yükü hansı ölkə göndərir?

18 Dec 2025, 12:48 1 baxış
Bakı Limanına ən çox yükü hansı ölkə göndərir?
"Bakı Beynəlxalq Dəniz Limanına gələn yüklərin əsas istiqaməti şərqdən qərbədir". Oxu.Az xəbər verir ki, bunu Bakı Beynəlxalq Dəniz Limanının direktoru Eldar Salahov bu gün liman ərazisinə təşkil edilən mediatur zamanı jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, yüklərin təxminən 38-40%-i Çindən gələn idxal və tranzit mallarıdır: "Xüsusilə son zamanlar Çin istehsalı olan avtomobillərin və ehtiyat hissələrinin daşınmasında böyük artım müşahidə olunur. Bununla yanaşı, İsveçrə, Türkiyə, Qazaxıstan, Özbəkistan və Gürcüstan kimi ənənəvi ticarət tərəfdaşlarımızla da əməkdaşlığımız genişlənir". Elmidar Əliyev
Mənbə oxu.az

Oxşar Xəbərlər