Dünya

Delhidə 250-dən çox uçuş təxirə salındı

18 Dec 2025, 12:56 1 baxış
Delhidə 250-dən çox uçuş təxirə salındı
Hindistanın Delhi şəhəri üzərindəki şiddətli hava çirkliliyinin yaratdığı sıx duman 250-dən çox uçuşun təxirə salınmasına səbəb olub. Bu barədə Oxu.Az "Hindustan Times" nəşrinə istinadən xəbər verir. Bundan əlavə, zəif görmə məsafəsi səbəbindən daha 22 uçuş ləğv edilib. Son məlumatlara görə, Delhidə hava keyfiyyəti indeksi 358-ə bərabər olub ki, bu da təhlükəli çirklənmə səviyyəsini göstərir. Bu problemlə mübarizə aparmaq üçün dekabrın 12-də hökumətin müvəqqəti tədbirləri qüvvəyə minib ki, buraya əsasən ofis işçilərinin hibrid iş qrafikinə keçirilməsi və müəyyən nəqliyyat vasitələrinin şəhərə girişinin qadağan edilməsi daxildir.
Mənbə oxu.az

Oxşar Xəbərlər