Cəmiyyət

Stomatoloqlardan pul tələb edən “jurnalistlər” saxlanıldı - Foto

18 Dec 2025, 12:47 1 baxış
Stomatoloqlardan pul tələb edən “jurnalistlər” saxlanıldı - Foto

Balakəndə özünü jurnalist kimi təqdim edərək stomatoloqlardan pul tələb edən şəxslər saxlanılıblar.


Axar.az Oxu.az-a istinadən xəbər verir ki, Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan şikayətlə bağlı həyata keçirdikləri tədbirlərlə həmin şəxslər - 48 yaşlı Mübariz Nağıyev və 47 yaşlı Elmar Əliyev müəyyən edilərək saxlanılıblar.


M.Nağıyev və E.Əliyevin, əsasən, stomatoloqlara yaxınlaşaraq guya qanunsuz fəaliyyət göstərmələri barədə videoçəkiliş etməklə hədə-qorxu gəldikləri, zərərçəkmişlərin müxtəlif məbləğlərdə maddi vəsaitlərini ələ keçirdikləri bildirilir.


Faktla bağlı araşdırmalar davam etdirilir.

Stomatoloqlardan pul tələb edən “jurnalistlər” saxlanıldı - Foto
Mənbə axar.az

Oxşar Xəbərlər