İqtisadiyyat

Elnur Əliyev: "Cari ilin əvvəlindən 171 sahibkarlıq subyektinə rezident və qeyri-rezident statusu verilib"

18 Dec 2025, 11:40 1 baxış
Elnur Əliyev: "Cari ilin əvvəlindən 171 sahibkarlıq subyektinə rezident və qeyri-rezident statusu verilib"
"İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) tərəfindən 2025-ci ilin yanvar-noyabr aylarında sahibkarların 5 800-dən artıq investisiya layihələrinə 340 milyon manatdan çox güzəştli kredit verilib". Oxu.Az xəbər verir ki, bunu "Güc Biznesdədir - DAYAQ" mükafatının təqdimat mərasimində çıxışı zamanı Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev deyib. O bildirib ki, ABİF, həmçinin rəqabətqabiliyyətli və əlavə dəyər yaradan, xüsusilə də ixrac və idxalın əvəzlənməsinə yönəlmiş layihələrdə iştirak edir: "2020-2025-ci ilin cari dövrünü əhatə edən müddət ərzində bu qurum vasitəsilə vəsaitlərin yatırıldığı layihələrin ümumi dəyəri təxminən 1.8 milyard manat olub". Nazir müavini əlavə edib ki, cari ilin 9 ayı da daxil olmaqla sənaye zonaları üzrə ümumi investisiya həcmi 8 milyard manatdan çox olan 171 sahibkarlıq subyektinə rezident və qeyri-rezident statusu verilib: "Bu dövrdə sənaye zonaları üzrə ixrac həcmi 17% artmış və qeyri-neft-qaz ixracının təqribən 30%-ni təşkil edib". Aygün Mirakif
Mənbə oxu.az

Oxşar Xəbərlər