Dünya

Avropa İttifaqının sammitinin əsas məqsədi açıqlandı

18 Dec 2025, 11:44 1 baxış
Avropa İttifaqının sammitinin əsas məqsədi açıqlandı
Avropa İttifaqının (Aİ) dekabrın 18-də keçiriləcək sammitində müttəfiqlər Belçikanı dondurulmuş Rusiya aktivlərinin müsadirəsinə razı salmağa çalışacaqlar. Oxu.Az bildirir ki, bu barədə "Politico" özəl mənbələrinə istinadən məlumat verib. Nəşr yüksək vəzifəli Aİ rəsmisinə istinadən qeyd edir ki, bugünkü sammitin əsas məqsədi Belçikanı müxalif mövqedən çəkindirməkdir. Danışıqların gecə saatlarına qədər uzanacağı istisna deyil. Eyni zamanda, Belçika rəsmiləri "Euroclear" vəsaitlərinin müsadirə olunmayacağını bildiriblər. Danışıqlar zamanı Aİ liderləri ABŞ və Çinin qlobal iqtisadiyyatdakı mövqeyi və Aİ-nin genişlənməsi məsələlərini müzakirə etmək niyyətindədirlər.
Mənbə oxu.az

Oxşar Xəbərlər