İdman

Mbappe Ronaldunun rekordunun bir addımlığındadır

18 Dec 2025, 11:48 1 baxış
Mbappe Ronaldunun rekordunun bir addımlığındadır
"Real Madrid"in fransalı hücumçusu Kilian Mbappe Kriştianu Ronaldunun "Kral Klubu"ndakı rekorduna çatmağa yaxınlaşıb. Oxu.Az xəbər verir ki, 27 yaşlı futbolçu 2025-ci ildə meydana çıxdığı oyunlarda 58 qol vurub. Bu statistika onu 2013-cü ildə 59 qol vuran Ronaldudan sonra "Real Madrid" tarixində ikinci yerə qoyur. Mbappenin portuqaliyalı futbolçunun rekordunu təzələməsi üçün cəmi bir oyunu qalıb. "Real" dekabrın 20-də La Liqada "Sevilya" ilə qarşılaşacaq. Cari mövsümdə hücumçu 26 oyunda meydana çıxıb, 29 qol vurub və dörd məhsuldar ötürmə edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər