Dünya

Fransa MAR-da prezident seçkisinə müdaxilə edə bilər - Vitse-spikerdən xəbərdarlıq

18 Dec 2025, 10:28 1 baxış
Fransa MAR-da prezident seçkisinə müdaxilə edə bilər - Vitse-spikerdən xəbərdarlıq
"Fransa Mərkəzi Afrika Respublikasının (MAR - red.) prezident seçkisinə müdaxilə edə bilər, çünki Paris onun suverenliyinə qarşıdır". Oxu.Az xəbər verir ki, bunu MAR Milli Assambleyasının (parlament) birinci vitse-spikeri Evariste Nqamana TASS-a bildirib. Nqamana seçki prosesinə xarici müdaxiləni istisna etməyib, lakin hələlik buna dair konkret dəlil göstərməyib. Bununla belə o, Fransanı nəzərdə tutduğuna işarə edib: "Bu, yalnız Mərkəzi Afrika Respublikasının suverenliyinə qarşı çıxanlara, ölkəmizə suverenlik bəxş edən yeni konstitusiyanın əleyhinə olanlara, istismar məqsədilə ölkəmizdə xaos yaratmaq, MAR-ı yoxsulluq və səfalət içində, uzun müddət asılı vəziyyətdə saxlamaq istəyənlərə fayda verə bilər. Özünüz təxmin edin". Nqamana deyib ki, seçkilərə müdaxilə dolayı yollarla baş verə bilər: "Buna görə də biz xüsusilə diqqətli olmalıyıq".
Mənbə oxu.az

Oxşar Xəbərlər