Cəmiyyət
Ürəyi tutub ocağa yıxıldı, yanıb öldü
Naxçıvanda 66 yaşlı kişi odda yanaraq ölüb.
Axar.az xəbər verir ki, Naxçıvan şəhər sakini, 1959-cu il təvəllüdlü Arif Əli oğlu İsayev səhər saatlarında yaşadığı evin həyətində yandırdığı ocağın üzərinə yıxılaraq yanıb.
Hadisədən bir qədər sonra onun yanmış meyiti aşkar edib.
İlkin məlumata görə, 1 ay əvvəl ürək əməliyyatı keçirmiş A.İsayevin ocağa benzin tökəndə ürək tutmasından ocağa yıxılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanın əməkdaşları cəlb edilib.
Faktla bağlı Naxçıvan Şəhər Prokrorluğunda araşdırma aparılır.
Mənbə
axar.az