İdman
Qitələrarası Kuboku qazanan PSJ paltardəyişmə otağında azarkeşlərə mesaj göndərdi
Fransanın PSJ klubu FİFA Qitələrarası Kubokunu qazandıqdan sonra paltardəyişmə otağında azarkeşlərə mesaj göndərib. Oxu.Az xəbər verir ki, bu barədə championat.com məlumat yayıb. "Təşəkkürlər, Doha. PSJ Qitələrarası Kubokun çempionudur", - deyə təbrik mesajında qeyd edilib. Xatırladaq ki, həlledici qarşılaşmada PSJ Braziliyanın "Flamenqo" klubunu məğlub edib. Görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Paris təmsilçiləri penalti zərbələrini daha dəqiq yerinə yetirərək (2:1) kuboka sahib çıxıblar.
Mənbə
oxu.az