Dünya

Türkiyədə məşhurlara qarşı yeni əməliyyat: Aleyna Tilki, Danla Bilic və İrem Sak saxlanıldılar

18 Dec 2025, 10:00 1 baxış
Türkiyədə məşhurlara qarşı yeni əməliyyat: Aleyna Tilki, Danla Bilic və İrem Sak saxlanıldılar
Türkiyədə bəzi tanınmış şəxslərin narkotik və ya stimullaşdırıcı maddələrdən istifadə etdiyinə dair əsaslı şübhələr əsasında əməliyyat keçirilib. Bu barədə Oxu.Az "Haber Global"a istinadən məlumat verir. Məlumata görə, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan əməliyyat çərçivəsində Aleyna Tilki, Danla Bilic və İrem Sak saxlanılıblar. Bildirilir ki, istintaq çərçivəsində İstanbul Vilayət Jandarm Komandanlığının qrupları İstanbulun Sarıyer, Eyüp, Şişli, Üsküdar, Bakırköy və Esenyurt rayonlarında axtarış aparıblar və yeddi şübhəli ilə bağlı prosedurlar icra olunub. Axtarışlar zamanı şübhəli Mümine Senna Yıldızın evindən təxminən beş qram marixuana və marixuana üyütmə aparatı müsadirə edilib. Barələrində saxlanılma qərarı olan şübhəlilərdən İrem Sak, Danla Bilic, Mümine Senna Yıldız və Aleyna Tilki nəzarətə götürülüblər. Melisa Döngel, Yusuf Güney və Cihan Şensözlü isə ünvanlarında olmayıblar. Şübhəlilər barəsində "İstifadə etmək üçün narkotik və ya stimullaşdırıcı maddə satın almaq, qəbul etmək və ya saxlamaq, yaxud narkotik və ya stimullaşdırıcı maddələrdən istifadə etmək" (Türkiyə Cinayət Məcəlləsinin 191-ci maddəsi) ittihamı üzrə başladılan istintaq davam edir.
Mənbə oxu.az

Oxşar Xəbərlər