Cəmiyyət

Salyanda ağır qəza: hərbçi faciəvi şəkildə öldü - Foto

18 Dec 2025, 09:48 1 baxış
Salyanda ağır qəza: hərbçi faciəvi şəkildə öldü - Foto

Salyan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Axar.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə köhnə Ələt–Astara magistral yolunun Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.


Belə ki, Neftçala rayonunun Xıl kənd sakini, 1988-ci il təvəllüdlü Zəqam Kamil oğlu İbrahimovun idarə etdiyi “Priora” markalı minik avtomobili avtobusa çırpılıb. Qəza nəticəsində sürücü hadisə yerində ölüb.


Hadisə yerinə cəlb olunan FHN-in xilasediciləri sürücünün avtomobildə sıxılmış meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Ölən sürücünün hərbçi olduğu bildirilir.


Faktla bağlı araşdırma aparılır.

Salyanda ağır qəza: hərbçi faciəvi şəkildə öldü - Foto
Mənbə axar.az

Oxşar Xəbərlər