Dünya

ABŞ Konqresi Venesuelaya qarşı hərbi əməliyyatları məhdudlaşdıran qətnaməni rədd etdi

18 Dec 2025, 08:38 1 baxış
ABŞ Konqresi Venesuelaya qarşı hərbi əməliyyatları məhdudlaşdıran qətnaməni rədd etdi
ABŞ Konqresinin Nümayəndələr Palatası Venesuelaya qarşı potensial hərbi əməliyyatlara nəzarət edəcək qətnaməni cəmi iki səs fərqi ilə rədd edib. Demokrat Cim Makqovern tərəfindən irəli sürülən qətnamə 213 səsə qarşı 211 səslə qəbul edilməyib. Oxu.Az "The New York Times" qəzetinə istinadən xəbər verir ki, bu qətnamə prezident Donald Trampın Venesuela ilə münaqişəni gərginləşdirmək səlahiyyətlərini məhdudlaşdırmağı hədəfləyib. Qətnamə administrasiyanı hərbi əməliyyatlara başlamazdan əvvəl Konqresdən icazə almağa məcbur edəcəkdi. Qətnaməyə qarşı çıxanlar, əsasən respublikaçılar, bunun prezidentin milli maraqları qorumaq və regiondan narkotik qaçaqmalçılığına qarşı mübarizə aparmaq qabiliyyətinə xələl gətirəcəyini iddia ediblər. Venesuela regionda ABŞ-nin ən ciddi təhlükə hesab etdiyi narkotrafik marşrutlarından biri olaraq qalır. Eyni zamanda, Karib dənizində və Sakit okeanda Konqresin icazəsi olmadan gəmilərə zərbələrin dayandırılmasını tələb edən ikinci qətnamə də rədd edilib. "The New York Times"ın qeyd etdiyi kimi, sentyabr ayından bəri ABŞ narkotik daşıdığından şübhələndiyi gəmilərə qarşı ən azı 25 belə əməliyyat keçirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər